İdmançıların 70 faizi artıq Pekindədir

İdmançıların 70 faizi artıq Pekindədir

Pekin-2022 Qış Olimpiadasında iştirak edəcək idmançıların təxminən 70 faizi artıq Çinə gəlib. Bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əməliyyat direktoru Pyer Dükri açıqlayıb. Açılış mərasiminə tam hazır olduqlarını qeyd edən P.Dükri idmançıların hazırda obyektlərdə məşq etdiklərini bildirib.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti də Çinə yola düşüb.
Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər. Oyunlarda komandamızın bayraqdarı Vladimir Litvintsev olacaq.
Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.