Pekin-2022: Daha 21 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb

Pekin-2022: Daha 21 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb

Çinin paytaxtı Pekindəki XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb. Açılış mərasimindən əvvəl daha 21 nəfərin testi pozitiv çıxıb. Onlardan 9-u idmançılar və komanda nümayəndələridir. Ötən gün olimpiada ilə bağlı Pekinə 1344 nəfər səfər edib.
Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.