Pekində skandinaviyalılar bir daha favorit olduğunu təsdiqlədilər
Olimpizm xəbərləri
20.02.2022, 20:46
Pekin-2022 XXIV Qış Olimpiya Oyunları başa çatıb. Olimpiadanın sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib.
Pekin-2022 Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların sayına görə Qış Olimpiya Oyunlarının tarixində yeni rekorda imza atıb. İndiyədək “Ağ Olimpiada”da heç bir komanda bu qədər çempionluq sevinci yaşamayıb. Norveç Qış Olimpiya Oyunları tarixində ən çox qızıl, o cümlədən ən çox medal qazanan ölkədir.
İkinci yeri 12 qızıl, 10 gümüş və 5 bürünc medalla Almaniya tutub. Olimpiadaya ev sahibliyi edən Çin idmançılarının hesabında 9 qızıl, 4 gümüş və 2 bürünc medal var. Belə ki, Çin idmançıları indiyədək Qış Olimpiya Oyunlarında bu cür yüksək nəticə göstərməyiblər.
Pekində və yaxınlıqdakı Canciakou şəhərində 13 arenada təşkil olunan yarışlarda 29 ölkənin atletləri 15 idman növü üzrə 109 medal qazanıblar. Çin paytaxtı həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olub. Pekin-2008 Yay Olimpiya Oyunlarında istifadə olunmuş 5 idman arenasında Qış Olimpiya Oyunlarının yarış və tədbirləri keçirilib. Pekindəki məşhur “Quş yuvası” stadionu isə idman tarixinə yay və qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi məkan kimi düşüb.
Pekin-2022 həm də COVID-19 pandemiyası dövründə keçirildiyindən Olimpiya Oyunlarında bəzi məhdudiyyət və qadağalar tətbiq olunub. Olimpiadaya xaricdən tamaşaçı qəbul edilməyib, yerli tamaşaçılara isə bilet satılmayıb. Məhdud sayda yerli tamaşaçı isə dəvətnamə əsasında arenalarda yarışları izləyib. Yanvarın 23-dən etibarən “qapalı sistem” tətbiq olunduğundan idmançıların və heyət üzvlərinin, habelə yarışlara cəlb olunan yerli heyətin Olimpiya kəndləri və yarış məkanlarından kənara çıxmasına icazə verilməyib. Ümumilikdə Olimpiya Oyunları üçün Çinə 13 min 654 nəfər, o cümlədən 6 min 198 idmançı və komanda üzvü gəlib. Pekin-2022 ilə əlaqədar 1 milyon 794 min PZR (polimerazalı zəncir reaksiyası) analizi götürülüb. Nəticədə 437 nəfərin, o cümlədən 185 idmançı və komanda üzvünün COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.
15 fevral
Biatlon, Estafet 4x7,5 (Kişilər)
1. Norveç
2. Fransa
3. ROK
Bobsley, cütlük kişilər (Kişilər)
1. Torsten Marqis, Françesko Fridrix
(Almaniya)
2. Florian Bauer, Yohannes Loksner
(Almaniya)
3. Mattias Zommer, Kristof Xafer
(Almaniya)
Dağ xizəyi, sürətli eniş
(Qadınlar)
1. Korin Zuter (İsveçrə)
2. Sofia Qadçia (İtaliya)
3. Nadya Delaqo (İtaliya)
Konkisürmə, izləmələr
üzrə komanda yürüşü
(Qadınlar)
1. Kanada
2. Yaponiya
3. Niderland
Konkisürmə, izləmələr üzrə
komanda yürüşü (Kişilər)
1. Norveç
2. ROK
3. ABŞ
Xizək ikinövçülüyü,
böyük tramplin
1. Yorgen Qrobak (Norveç)
2. Yens Oftebro (Norveç)
3. Akito Batabe (Yaponiya)
Snoubord, biq-eyr
(Qadınlar)
1. Anna Qasser (Avstriya)
2. Zoi Sinnot-Sadovski (Yeni Zelandiya)
3. Kokomo Murase (Yaponiya)
Snoubord biq-eyr (Kişilər)
1. İmin Su (Çin)
2. Mons Roysland (Norveç)
3. Maks Pappo (Kanada)
Fristayl, sloupstayl
(Qadınlar)
1. Matilda Qremo (İsveçrə)
2. Eylin Aylin Qu (Çin)
3. Kelli Sildaru (Estoniya)
16 fevral
Biatlon, estafet 4x6 km
(Qadınlar)
1. İsveç
2. ROK
3. Almaniya
Dağ xizəyi, slalom (Kişilər)
1. Kleman Noel (Fransa)
2. Yohannes Ştrols (Avstriya)
3. Sebastyan Foss-Solevaq (Norveç)
Xizək, komanda, klassik üsul
(Qadınlar)
1. Viktoriya Karl, Katarina Jennik (Almaniya)
2. Maya Dalkvist, Yohanna Sundlinq (İsveç)
3. Natalya Nepryaeva, Yuliya Stupak (ROK)
Xizək, komanda, klassik üsul
(Kişilər)
1. Yohannes Klebo, Valnes Erik (Norveç)
2. İyvo Niskannen, Yoni Miyaki (Finlandiya)
3. Aleksandr Bolşunov, Aleksandr Terentev (ROK)
Fristayl, akrobatika
(Kişilər)
1. Quanpu Çi (Çin)
2. Aleksandr Abramenko (Ukrayna)
3. İlya Burov (ROK)
Fristayl, sloupstayl
(Kişilər)
1. Aleks Holl (ABŞ)
2. Nikolas Qepper (ABŞ)
3. Yesper Tyader (İsveç)
Şort-trek, 1500 m
(Qadınlar)
1. Yon-Min Çxoy (Cənubi Koreya)
2. Ariana Fontana (İtaliya)
3. Syuzanne Shyultinq (Fransa)
Şort-trek, 5000 m estafet (Kişilər)
1. Kanada
2. Cənubi Koreya
3. İtaliya
17 fevral
Dağ xizəyi, kombinasiya (Qadınlar)
1. Mişel Qizin (İsveçrə)
2. Vendi Holdner (İsveçrə)
3. Federika Brinyon (İtaliya)
Konkisürmə, 1000 m (Qadınlar)
1. Miho Takaqi (Yaponiya)
2. Yutta Lerdam (Niderland)
3. Brittani Boui (ABŞ)
Xizək ikinövçülüyü, komanda birinciliyi
1. Norveç
2. Almaniya
3. Yaponiya
Fiqurlu konkisürmə (Qadınlar)
1. Anna Şerbakova (ROK)
2. Aleksandra Trusova (ROK)
3. Kaori Sakamoto (Yaponiya)
Fistayl, ski-kross (Qadınlar)
1. Sandra Neslund (İsveç)
2. Mariel Tompson (Kanada)
3. Daniela Mayer (Almaniya)
Hokkey (Qadınlar)
1. Kanada
2. ABŞ
3. Finlandiya
18 fevral
Biatlon, mass-start, 12,5 km (Qadınlar)
1. Jüstin Brezaz (Fransa)
2. Tiril Ekhoff (Norveç)
3. Marte Royseland (Norveç)
Biatlon, mass-start 15 km (Kişilər)
1. Yohannes Byö (Norveç)
2. Martin Ponsiluoma (İsveç)
3. Syastad-Vetle Kristiansen (Norveç)
Konkisürmə, 1000 m (Kişilər)
1. Tomas Krol (Niderland)
2. Loran Dyubrey (Kanada)
3. Havard Lorensen (Norveç)
Fistayl, ski-kross (Kişilər)
1. Rayan Reqeç (İsveçrə)
2. Aleks Fiva (İsveçrə)
3. Sergey Ridzik (ROK)
Fistayl, hafpayp (Qadınlar)
1. Eylin Aylin Qu (Çin)
2. Keysi Şarp (Kanada)
3. Reyçel Karker (Kanada)
19 fevral
Bobsley, cütlük (Qadınlar)
1. Laura Nolte (Almaniya)
2. Mariama Yamanka (Almaniya)
3. İlana Meyers (ABŞ)
Kerlinq (Kişilər)
1. İsveç
2. Böyük Britaniya
3. Kanada
Konkisürmə, mass-start (Qadınlar)
1. İren Shauten (Niderland)
2. İveyni Blonden (Kanada)
3. Françeska Lollobridcida (İtaliya)
Konkisürmə, mass-start (Kişilər)
1. Bart Svinqs (Almaniya)
2. Von-Çjyo Çun (Cənubi Koreya)
3. Xun-Sın Li (Cənubi Koreya)
Xizək, mass-start, sərbəst üsul (Kişilər)
1. Aleksandr Bolşunov (ROK)
2. İvan Yakimuşkin (ROK)
3. Simen Kryuqer (Norveç)
Fiqurlu konkisürmə, cütlük
1. Xan Çun, Suy Vyonszin (Çin)
2. Vladimir Morozov, Yevgeniya Tarasova (ROK)
3. Aleksandr Qallyamov, Anastasiya Mişina (ROK)
Fristayl, hafpayp (Kişilər)
1. Niko Porteus (Yeni Zelandiya)
2. Devid Uayz (ABŞ)
3. Aleks Ferreyra (ABŞ)
20 fevral
Bobsley, dördlük (Kişilər)
1. Kandi Bauer, Aleksandr Şuller (Almaniya)
2. Florian Bauer, Kristian Rasp (Almaniya)
3. Rayan Zommer, Kemeron Stonus (Kanada)
Dağ xizəyi, komanda yarışları
1. Avstriya
2. Almaniya
3. Norveç
Körlinq (Qadınlar)
1. Böyük Britaniya
2. Yaponiya
3. İsveç
Xizək, mass-start 30 km, sərbəst üsul (Qadınlar)
1. Tereza Yoxauq (Norveç)
2. Cessika Diqqins (ABŞ)
3. Kerttu Niskanen (Finlandiya)
Hokkey (Kişilər)
1. Finlandiya
2. ROK
3. Slovakiya

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
25.09.2026, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
25.09.2026, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
25.09.2026, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
25.09.2026, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
25.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
25.09.2026, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
25.09.2026, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
25.09.2026, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
25.09.2026, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
25.09.2026, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
25.09.2026, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
25.09.2026, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
25.09.2026, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo