Şahmatçı Rauf Məmmədov 30 taxtada seans verib

Şahmatçı Rauf Məmmədov 30 taxtada seans verib

28 may - Müstəqillik Günü münasibətilə 3 qat Avropa çempionu, beynəlxalq qrossmeyster Rauf Məmmədovun iştirakı ilə 30 taxtada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) şahmat ixtisasçıları ilə seans keçirilib.

Olimpnews-un məlumatına görə, ADBTİA-nın Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş tədbirdə akademiyanın rektoru Fuad Hacıyev yarış iştirakçılarını salamlayıb, müstəqillik tarixi haqqında qısa məlumat verib və iştirakçılara uğurlar diləyib.

Akademiyanın idman işləri üzrə prorektoru, olimpiya çempionu Fərid Mansurov, elmi katib, şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmov, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Akademiyanın idmanın oyun növləri kafedrasının müdiri dosent İlqar Əliyev də iştirak edib.