“Bavariya” katalonların təklifini qəbul etmədi

“Bavariya” katalonların təklifini qəbul etmədi

"Bavariya" polşalı hücumçusu Robert Levandovski üçün  "Barselona"nın göndərdiyi yeni təklifi rədd edib. Kataloniya klubu bundestim təmsilçisinə 35 milyon avro və bonuslar məbləğində yeni təklif göndərib. Lakin Münhen təmsilçisi bu təklif rədd edib. "Bavariya"nın 33 yaşlı oyunçu üçün 40 milyon avro və bonuslar istədiyi bildirilir.
Qeyd edək ki, R.Levandovskinin klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Ancaq oyunçu bu yay Münhen təmsilçisindən ayrılmaq istədiyini açıqlayıb.