Qran Pri: Hidayət Heydərov, Rüstəm Orucov və Səid Mollayi mübarizəyə başlayır

Qran Pri: Hidayət Heydərov, Rüstəm Orucov və Səid Mollayi mübarizəyə başlayır

Azərbaycanın daha 6 cüdoçusu bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə mübarizəyə başlayacaq.

"Olimpnews"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən son Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində İqor Vandtke (Almaniya) - Abdul Malik Umayev (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rüstəm Orucov bu raundda Filip Yovanoviçin (Serbiya) müqavimətini qırmağa çalışacaq.

81 kq-dakı Zelim Tçkayev 1/16 finalda Benedek Tot (Macarıstan) - Takeşi Sasaki (Yaponiya) cütünün qalibi ilə, eyni çəkidəki Səid Mollayi Mamedali Açıldıyev (Türkmənistan) - Loik Pyetri (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Qadınların yarışında 63 kq-dakı Aytac Qardaşxanlı 1/8 finalda Coan Van Lesxautla (Niderland), 70 kq-dakı Südabə Ağayeva Miriam Butkereit (Almaniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.