Cüdoçumuz İslamiadanın gümüş medalına sahib çıxdı

Cüdoçumuz İslamiadanın gümüş medalına sahib çıxdı

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan cüdo yarışları davam edir. Bu gün tatami üzərinə çıxan cüdoçumuz Elmar Qasımov (100 kq) gümüş medala sahib çıxıb. İdmançımız həlledici mərhələdə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevə uduzaraq ikinci yerlə kifayətlənib.