Olimpiyaçımız karyerasını 19 yaşında başa vurdu

Olimpiyaçımız karyerasını 19 yaşında başa vurdu

Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurub. 19 yaşlı idmançı qərarının səbəbini açıqlamayıb.  "İdmançı karyeramı bitirdim. Üzərimdə əməyi olanlara təşəkkür edirəm", - deyə fiqurlu konkisürən sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə daxil edilərək, Avropa və dünya çempionatlarına aparılıb. Y.Ryabova 3 il öncə beynəlxalq "Ice Star" turnirinin bürünc mükafatçısı olub.

Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında isə fərdi proqramda 15-ci yerlə kifayətlənib.