UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib

UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib

UEFA prezidenti Aleksander Çeferin İndoneziyada stadionda baş verən hadisələrdən kədərləndiyini və zərərçəkənlərlə həmrəy olduğunu bildirib. 
"Bütün Avropa futbolu adından İndoneziyada baş verən hadisələrlə bağlı dərin sarsıntımızı bildirmək istərdim. UEFA bu faciədən zərər çəkənlərin hamısı ilə həmrəy olduğunu bildirir", - Çeferin bildirib.
Oktyabrın 2-də İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadəsi nəticəsində baş verən qarışıqlıqlarda 174 nəfər ölüb. Eyni zamanda iğtişaşlarda 100-dən çox insan yaralanıb.