Sinqapur Qran-Prisinin qalibi müəyyənləşdi

Sinqapur Qran-Prisinin qalibi müəyyənləşdi

Marina Bey avtodromunda keçirilən Formula 1 Sinqapur Qran-Prisinin qalibi bəlli olub. “Red Bull”un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb. Finişə ikinci sırada “Ferrari”dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. Çempionatın hazırkı lideri “Red Bull”dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib.