Sabah Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçiriləcək. Yarışa 15 ölkədən 193 idmançı qatılacaq. Azərbaycan turnirdə 3 cüdoçu ilə təmsil olunacaq. Belə ki, kubok yarışında tatami ustalarımız Mehdi Cəfərov (66 kiloqram), Şamil Sadıqov (73 kiloqram), Tamerlan Cabbarov (90 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Olimpiya dərəcəli hakim Fariz Hüseynov yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
Cüdoçularımız Riqada güclərini sınayacaqlar