Alper Cavid Kabakçı: “Gələcəkdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə ortaq layihələr həyata keçirəcəyik”
Olimpizm xəbərləri
22.10.2022, 19:30
“Azərbaycanda keçirilən yarışda iştirak etdiyimizə görə çox məmnunam. Biz buraya çərşənbə günü gəldik. Zəngilan Hava Limanının da açılış mərasimi var idi. Prezident Rəcəb Tayyib Ərdoğanın, gənclər və idman naziri Mehmet Kasapoğlunun salamlarını sizə çatdırmaq istəyirəm”. Bu sözləri Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Cavid Kabakçı “Mingəçevir reqatası - 2022”ni izləyərkən jurnalistlərə açıqlamasında deyib. O, yarışların ilk günündə azad edilmiş torpaqlarda, Suqovuşanda keçirilən turnirdə iştirak etdiklərinə görə məmnun olduğunu bildirib. “Azərbaycanın tarixi torpaqlarında belə bir mötəbər turnirin keçirilməsi bizi çox sevindirdi. Biz bu torpaqların azadlığı uğrunda Azərbaycanın bir çox şəhid verdiyini öyrəndik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu yarışların burada keçirilməsinə görə başda Azərbaycan Prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə Alper Kabakçı qeyd edib. Yarışda 13 ölkənin nümayəndəsinin mübarizə apardığını deyən türkiyəli federasiya prezidenti öz ölkələrinin təmsilçilərinin də bu reqatada uğurla çıxış etdiyini vurğulayıb: “Bizim idmançılarımız da bu yarışda iştirak edir və artıq onlar qızıl medallar qazanıblar. Bir millət iki dövlət şüarı ilə can Azərbaycanda olmaqdan məmnunuq. Gələcəkdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə birlikdə ortaq layihələr həyata keçirəcəyik. Bu layihələrə əsasən bizim komanda buraya, azərbaycanlı idmançılar isə Türkiyəyə gələcəklər”. Alper Kabakçı gələn il ulu öndər Heydən Əliyevin xatirəsinə həsr olunacaq beynəlxalq turnirə də böyük məmnuniyyətlə qatılacaqlarını deyib: “Gələn ilin may ayında Azərbaycanın ulu öndəri Heydər Əliyevin 100 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə Azərbaycanda daha böyük yarış keçiriləcək. İnanıram ki, Azərbaycan daha yüksək səviyyəli tədbirlərə ev sahibliyi edəcək. Böyük yarışlar görmək diləyi ilə hər kəsə uğurlar arzulayıram”. Azərbaycanda keçirilən yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən federasiya rəhbəri türkiyəli idmançıların avarçəkmə növündə fəal olduğunu bildirib. O, həmçinin türkiyəli idmançıların dünya, Avropa və Olimpiya Oyunlarında yüksək nəticələr əldə etməsi üçün daha səylə çalışacaqlarını vurğulayıb.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası