Cüdo təlim mərkəzinə baxış keçirilib
Olimpizm xəbərləri
23.11.2022, 10:39
Gəncədə Azərbaycan Cüdo Federasiyasının (ACF) cüdo təlim mərkəzinə ACF prezidenti Rəşad Nəbiyev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən baxış keçirilib. Məlumat verilib ki, yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 814 m2 təşkil edir. Təlim mərkəzində iki dojo (cüdo məşq zalı) vardır və onların sahəsi müvafiq olaraq 230 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Ümumi sahəsi 270 m2 təşkil edən fiziki hazırlıq zalı cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində valideynlər üçün gözləmə zalı və idmançıları üçün digər zəruri şərait təmin edilib. Təlim mərkəzində gün ərzində 100, həftə ərzində isə 450 nəfərə qədər yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcəklər. Eyni zamanda, mərkəzdə hakimlər və məşqçilər üçün seminarların və təlimlərin keçirilməsi, həmçinin Gəncə və ətraf rayonlarda cüdo idman növü ilə məşğul olanların həftəlik birgə məşqlərinin (randorilərin), tanınmış idmançıların ustad dərslərinin təşkili də planlaşdırılır. Qeyd edək ki, baxış günü Gəncədən olan cüdoçular üçün Olimpiya çempionu Elnur Məmmədli, dünya çempionu Elxan Məmmədov, Olimpiya Oyunları mükafatçısı Mövlud Mirəliyev, dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib. ACF prezidenti Rəşad Nəbiyev bildirib ki, Gəncədəki təlim mərkəzinin istifadəyə verilməsi bu şəhərdə cüdo idman növünün daha da kütləviləşdirilməsinə zəmin yaradır: “Gəncə Azərbaycan cüdosunun əsas mərkəzlərindən biri sayılır və təsadüfi deyil ki, Federasiyanın ilk təlim mərkəzi burada idmançıların istifadəsinə verildi. Bizim əsas məqsədimiz uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir. Eyni zamanda əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə ölkəmizə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının medallarını gətirəcəklər”. Hazırda Gəncədə 810 nəfər cüdo ilə məşğul olur. 2023-cü ilin sonuna qədər bu rəqəmin 1,500 nəfərə çatdırılması hədəflənir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası