Cüdoçularımız bu gün “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

Cüdoçularımız bu gün “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

 

Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. 52 ölkədən 398 cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Komandamız yarışda yeddi çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq. Turnirin birinci günündə tatami üzərinə Azərbaycanın üç cüdoçusu çıxacaq. Belə ki, Balabəy Ağayev Matan Kokolaev (İsrail) – Brayan Qarbo (Ekvador) cütünün qalibi, Tural Bayramov (hər ikisi 60 kq) Mohammed Raşnonejad (qaçqınlar komandası), Orxan Səfərov (66 kq) isə argentinalı Hoakin Tovaqliari ilə qarşılaşacaq.