Cüdo yığmamızın uğursuzluğu davam edir

Cüdo yığmamızın uğursuzluğu davam edir

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Bu gün mübarizəyə komanamızın üzvü Səid Mollayi qoşulub. 81 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan 31 yaşlı cüdoçumuz 1/16 finalda kanadalı Fransua Qotyer Drapauya uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal hesabını aça bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.