Bu gün Azərbaycan idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına təntənəli yola salınma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Yola salınma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında Azərbaycan yığması idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunacaq.