Maribor-2023: daha bir tennisçimiz festivalda çıxış edib

Maribor-2023: daha bir tennisçimiz festivalda çıxış edib

 

XVII Avropa Gənclər Olimpiya Festivalının tennis yarışları davam edir. Bu gün daha bir tennisçimiz fərdi yarışlarda mübarizəyə başlayıb. Komandamızın üzvü Nazim Malikov avstriyalı tennisçi Emil Tilo Behrmanla qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi (0:2) ilə yekunlaşdığından idmançımız mübarizəni dayandırıb.