Üzgüçümüz ilk çıxışını başa vurdu

Üzgüçümüz ilk çıxışını başa vurdu

Bu gün Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının üzgüçülük yarışlarına start verilib. Komandamız Maribor-2023-ün üzgüçülük yarışlarında iki idmançı ilə təmsil olunur. Mübarizəyə başlayan təmsilçimiz Səid Həmidov arxası üstə 100 metr məsafəyə üzgüçülük yarışlarında 1.04 saniyə nəticə göstərib. Bu nəticə idmançımızın finala yüksəlməsinə kifayət etməyib.