Badmintonçumuz Kamerunda birinci oldu

Badmintonçumuz Kamerunda birinci oldu

Badmintonçumuz Keişa Fatimə Zəhra Kamerunun paytaxtı Yaundedə keçirilən “Cameroon Internationanl 2023” turnirində iştirak edib. Komandamızın üzvü turnirdə uğurla çıxış edərək qızıl medala sahib çıxıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız finala gedən yolda Sloveniya, BƏƏ və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlib.
Keişa Fatima Zəhra həlledici görüşdə İsrail badmintonçusu Kseniya Polikarpova ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz yekunda 2:0 (21-14,21-16) hesablı qələbə qazanaraq “International” seriyalı turnirin qalibi olub. İdmançımız bu qələbə ilə hesabına 2500 reytinq xalı yazdırıb.