Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar

Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənəqayıdıblar. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gənc cüdoçularımızı Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, cüdoçularımız qitə çempionatını1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar.Komandamızın heyətində Nizami İmranov (-60 kq) qızıl, Aydın Rzayev (-66 kq), Vüqar Talıbov (-90 kq) gümüş, Aydan Vəliyeva (-52 kq), Vüsal Qələndərzadə (-73 kq) və Ömər Rəcəbli (-81 kq) isə bürünc medala sahib çıxıb.