Pakistanın idman jurnalistləri Milli Olimpiya Komitəsində olublar - FOTO
BOK
15.09.2023, 16:45
Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və onun qitə qurumu Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) milli subyekti və rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) "Rəqəmsal İdman Jurnalistikası” layihəsinin ikinci mərhələsinin ölkə turunun yekunlarına həsr olunmuş tədbiri keçirilib.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, "İdman” telekanalının direktoru, AİJA-nın baş katibi Rövşən Binnətli, Pakistan İdman Yazarları Federasiyasının baş katibi Məhəmməd Asgar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə iki ölkə arasında siyasi, iqtisadi, hərbi əlaqələrin, xalqlar arasında sıx bağlılığın əhəmiyyətindən danışıb. "Düşünürəm ki, Azərbaycan və Pakistan arasında idman əlaqələrinin genişləndirilməsində medianın da xüsusi rolu var. Bunun üçün də medianın üzərinə böyük vəzifə düşür. Fikrimcə, azərbaycanlı media nümayəndələri Pakistanın idman həyatı, infrastrukturu və nailiyyətləri barədə yazılar hazırlamalıdırlar. Eyni zamanda pakistanlı jurnalistlər də Azərbaycanın idman infrastrukturu, ölkəmizin ev sahibliyi etdiyi mötəbər idman yarışları və idmançılarımızın uğurları barədə öz media orqanlarında yazılar dərc etməlidirlər. Ümid edirəm ki, bu tədbirdən sonra idman sahəsindəki əlaqələr genişlənəcək, xüsusi münasibətlər yaranacaq. İnanıram ki, bu səfəriniz uğurlu olub və Azərbaycan haqqındakı xoş təəssüratlarınızı öz ölkənizdə bölüşəcəksiniz”, - deyə Çingiz Hüseynzadə bildirib.
AİJA-nın prezidenti Eldar İsmayılov pakistanlı idman yazarlarının ölkəmizə səfərinin konkret istiqamətlərindən, onların səfər çərçivəsində keçirdikləri görüşlərdən söz açıb. O, həmçinin rəhbərlik etdiyi qurumun idman sahəsində fəaliyyət göstərən beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında danışıb.
Sonra çıxış edən Pakistan İdman Yazarları Federasiyasının baş katibi Məhəmməd Asgar layihə haqqında danışaraq, bu səfərin onlar üçün yaddaqalan olacağını bildirib.
"İdman” telekanalının direktoru, AİJA-nın baş katibi Rövşən Binnətli isə çıxışında bu səfərin təkcə idman sahəsində deyil, Azərbaycan jurnalistikası üçün bir nümunə olduğunu qeyd edib. Belə layihələrin davamlı şəkildə olacağını deyən R.Binnətli bu qarşılıqlı səfərlərin hər iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyini və yaradıcılıq mübadiləsi baxımından çox əhəmiyyətli rol oynayacağını bildirib.
Çıxışlardan sonraAIPS prezidenti Gianni Merlo (İtaliya), AİPS Europenin prezidenti Çarlz Kamenzuli (Malta), AİPS Asianın prezidenti Hee-Don Jung (Koreya), Pakistan İdman Yazarları Federasiyasının (PSWF) prezidenti Amjat Malik Azizin iştirakçılara videotəbriki çatdırılıb. Daha sonra pakistanlı idman jurnalistlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən başlayan qısa videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycanda səfərdə olan nümayəndə heyətinə sertifikatlar təqdim olunub. Tədbirə qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması və xatirə fotosu ilə yekun vurulub.
Qeyd edək ki, AİJA ilə PSWF arasında imzalanan əməkdaşlıq memorandumunun şərtlərinə uyğun olaraq, Bakıda ZOOM platforması üzərindən "Rəqəmsal idman jurnalistikası" mövzusunda beynəlxalq təlimlər keçirilib. Bakı və regionlardan, həmçinin Pakistan, Əfqanıstan, Şri Lanka və başqa ölkələrdən 100-dən artıq iştirakçı AİJA-nın 1-ci vitse-prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin moderatorluğu ilə keçirilən təlimlərdə Gianni Merlo, AIPS-in 1-ci vitse-prezidenti Esat Yilmaer (Türkiyə), AIPS Futbol Komissiyasının sədri, çoxsaylı bestseller kitabların müəllifi, dünyaca məşhur idman jurnalisti Keyr Rednec (Böyük Britaniya), Çarlz Kamenzuli (Malta), Hee-Don Jung (Koreya), Amjat Malik Aziz, "Qətər 2022"nin Azərbaycandakı rəsmi yayımcısı İctimai TV-nin əməkdaşı, AİJA versiyasına görə "İlin idman jurnalisti" seçilmiş Elnur Əliyev, Pakistanın dijital media üzrə tanınmış mütəxəssisi, jurnalist Muhammad Asif Xan və başqalarının maraqlı mühazirələrini, tövsiyə və təcrübələrini bölüşüblər, mentorlarla canlı debata giriblər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, təlimlərdə iştirak edən 7-si gənc olmaqla 9 nəfər pakistanlı idman jurnalisti bu il sentyabrın 9-dan Bakıda təcrübə mübadiləsi üçün səfərdə olub. Yaxın aylarda layihənin Pakistan turu çərçivəsində Azərbaycandan olan idman jurnalistlərinin bu ölkəyə səfəri planlaşdırılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks