Boksçumuz finalın bir addımlığında 

Boksçumuz finalın bir addımlığında 

Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib. 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.

O, 1/4 finalda belaruslu İrina Vinaradavanı 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, milli üzvü finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də baş tutacaq.