Boksçuların mübarizəsinə yekun vuruldu

Boksçuların mübarizəsinə yekun vuruldu

İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmələr arasında boks üzrə muxtar respublika birinciliyinin final görüşləri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2008-2009-cu illər təvəllüdlü boksçuların yarışında 12 çəki dərəcəsi üzrə 60 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Üç gün davam edən birinciliyin sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Nəticələrə əsasən Kamal Məmmədov (44 kq), Musa Əliyev (46 kq), Mirkərim Seyidov (48 kq), Fikrət Abbasov (50 kq), Babək Babayev (52 kq), Ümid Məmmədov (54 kq), Haqverdi Həsənob (57 kq), Ruhin Səfərov (60 kq), Müzəffər Bəylərov (63 kq), Uğur Əliyev (66 kq), Nurlan Nəsirov (70 kq) və Turqay Abbasov (75 kq) öz çəki dərəcələrində birinciliyin qalibi adını qazanıblar.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış boksun regionda inkişafı, idmançıların döyüş təcrübəsinin artırılması, perspektivlilərin aşkara çıxarılması və yığma komandaya cəlb olunmasına xidmət edir.