Boksçuların Karaqanda sınağı 4 medalla yadda qaldı

Boksçuların Karaqanda sınağı 4 medalla yadda qaldı

Qazaxıstanın Karaqanda şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 5 ölkədən 200-dək idmançının iştirak etdiyi yarışda Azərbaycan boksçuları 2 qızıl, 2 gümüş medal qazanıblar. Yığmamızın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərov (54 kq) və Səftər Məmmədzadə (+80 kq) isə yalnız finalda məğlub olaraq ikinci yerlə kifayətləniblər.

Qeyd edək ki, yarışlarda ədalət təmsilçisi qismində çıxış edən Azərbaycanlı hakim Asif Məmmədov yarışın ədalətli hakimi seçilib.