“Zenit” BTİC İB-in pəhləvanları açıq respublika turnirinin qalibi oldular

“Zenit” BTİC İB-in pəhləvanları açıq respublika turnirinin qalibi oldular

Noyabrın 26-da Sumqayıt Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə açıq respubklika turniri keçirilib. Respublikasının müxtəlif bölgələrindən 500-ə yaxın sərbəst güləşçinin iştirak etdiyi yarışda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İB-in pəhləvanları da qüvvələrini sınayıblar. Maraqlı mübarizə şəraitində keçən yarışda “Zenit” BTİC İB-in komandası 5 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxıb. İdman cəmiyyətinin yetirmələrindən müxtəlif yaş kateqoriyalarında Sadiq İsmayılov (38 kq), Sadıq İsmayılov (32 kq), Bilal Həsənov (29 kq), Yusif Abdullayev (32 kq), İslam Kaltayev (26 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İbrahim Hacıquliyev (41 kq) ikinci, İsmət Hüseynov (44 kq) və Rəvan Musayev (29 kq) isə üçüncü yerə sahib çıxıb.

Yarışları 8 medalla başa vuran “Zenit” BTİC İB-in pəhləvanları ümumi komanda hesabında birinci yeri tutub.