Arzu Qulamov: “Bizim filmlərin hər biri cəmiyyət üçün örnək olan insanların taleyini əks etdirir - MÜSAHİBƏ
Olimpizm xəbərləri
27.11.2023, 19:14
İdman filmləri hər zaman geniş tamaşaçı auditoriyasına malik olub. Dünya şöhrətli idmançıları ekranda görən yüzlərlə tamaşaçı məhz bundan sonra bu sahəyə böyük həvəs göstərib. Bu gün idmanda şöhrətin zirvəsinə ucalan idmançılar məhz həmin filmlərə baxaraq, kumirləri kimi olmaq istəyiblər. Ölkəmizdə yaxın bir neçə il ərzində idman mövzusunda xeyli sənədli filmlər çəkilib. Bu sahədə öz bacarığını göstərən istedadlı rejissorlarımız da az deyil. Bu barədə geniş söhbət edib, məlumat almaq üçün Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Avrasiya Teleradio Akademiyasının həqiqi üzvü, akademik Arzu Qulamovla redaksiyamızda görüşdük. İstedadlı və təcrübəli rejissor bizi maraqlandıran sualları cavablandırdı.
- Arzu müəllim, uzun müddətdir Azərbaycan Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edirsiniz. Bu müddət ərzində Olimpiya çempionlarımızın həyatından bəhs edən ekran əsərləri ərsəyə gətirmisiniz. Maraqlıdır ki, bu ideya haradan qaynaqlandı? - Bu ideya 2008-ci ildə yarandı. Əməli işlər görmək üçün Milli Olimpiya Komitəsinin rəhbərliyinə Olimpiya çempionları barədə sənədli filmlərin istehsalı ilə bağlı təklif verdim. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu təklifi məmnuniyyətlə qəbul etdi. İlk filmimiz Barselona-1992-də ölkəmizə şöhrət qazandıran cüdoçumuz Nazim Hüseynov haqqında “İlk qızıl” filmi oldu. Sonradan hər ildən bir digər Olimpiya çempionlarımız barəsində ekran əsərləri yaratdıq. 2019-cu ildə pandemiyadan qabaq iki legioner çempionumuz - Şərif Şərifov və Radik İsayevə həsr olunmuş sənədli film çəkdik. Ümumilikdə, 7 Olimpiya çempionumuzun hər birinin öz filmi oldu. Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Olimpiya odisseyası” adlı bir albom buraxdıq. Bir müəllif kimi etiraf edim ki, bu böyük zəhmət hesabına başa gəldi. Olimpiya çempionlarımızla bu sahədə işləmək böyük zövq verirdi. Biz bu filmlərdə Olimpiya çempionlarının zirvəyə gedən yolunu hər bir məqama qədər nəzərə aldıq. Bir sözlə, bizim filmlərin hər biri cəmiyyət üçün örnək olan insanların taleyini əks etdirir. Bu ekran əsərlərinin ərsəyə gəlməsi üçün ən azı 3-4 ay sərf etmişik. Nəticədə tamaşaçılarda bu filmlər barəsində müsbət rəy formalaşdıra bildik.
- Həmin filmləri tamaşaçılara necə nümayiş etdirdiniz? - Qeyd edim ki, bizim Milli Olimpiya Komitəsi ilə iş birliyimiz çəkilişlərin təşkili və idmançılarla görüşməklə bitmədi. MOK-un, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Olimpiya odisseyası” adlı alboma daxil edilmiş filmlər Naxçıvandan paytaxt Bakıya qədər hər yerdə nümayiş olundu. Həmin filmlərin qəhrəmanları ilə tədbir iştirakçıları birbaşa təmasda oldular. Sevindirici haldır ki, hər bir görüş anşlaqla qarşılanırdı.
- “Olimpiya odisseyası” adlı alboma daxil edilmiş filmlərdən hər hansı biri beynəlxalq festivallara təqdim edilibmi? - Əlbəttə. Nazim Hüseynov haqqında film 2015-ci ildə Bakıda keçirilən Beynəlxalq İdman Filmləri Festivalında milli filmlər nominasiyasında ikinci yerə sahib olub. Namiq Abdullayev haqqında çəkilən “Qızıl Sidney” filmi isə Avrasiya Teleradio Akademiyasının Rusiyada keçirdiyi beynəlxalq festivalına təqdim edilib. Həmin sənədli film münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb. Bu diplom, xüsusilə filmdə milli qəhrəman obrazının açılmasına görə mənə təqdim edilib. Buna görə çox fərəh hissi keçirdim.
- Bildiyimizə görə, “Ərtoğrul” filminin sorağı daha mötəbər festivaldan gəlib. - 2018-ci ildə Toğrul Əsgərov haqqında çəkilən “Ərtoğrul” filmi Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası tərəfindən film festivalına dəvət almışdı. Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin iştirakı ilə İsveçrənin Lozanna şəhərində keçirilən mükafatlandırma mərasimində hər qitədən olan filmlər yer alırdı. Avropa qitəsindən festivala təqdim olunan 10 ən yaxşı film sırasında “Ərtoğrul” filmi də yer tutmuşdu. Bu çox böyük nailiyyət idi.
- Növbəti festival barəsində oxucularımıza məlumat verərdiniz. Hazırlıq prosesi necə gedir? - Bəli, biz ikinci festivala hazırlaşırıq. Bu işdə Milli Olimpiya Komitəsinin dəstəyinə çox arxalanırıq. Biz bu sahədə fəaliyyət göstərən media qurumlarına da dəvət göndərəcəyik. Yeri gəlmişkən, “Olimpiya dünyası” qəzeti media dəstəkçilərimizdən biri olacaq. Festivalı sosial şəbəkələrdə də təbliğ edəcəyik. Sevindirici haldır ki, budəfəki festivala biznes sahəsində fəaliyyət göstərən şirkətlər sponsor qismində deyil, tərəfdaş kimi qoşulacaqlar. Bizim üçün ən vacib məqam budur. Çünki tərəfdaşlıq yalnız maddi dəstəklə bitmir. Bizim bu sahədə, həm də mənəvi dəstəyə böyük ehtiyacımız var.
- Dəqiq tarix müəyyənləşibmi? - Yaxın günlərdə festivala start verməyi planlaşdırırıq. Bu barədə mətbuat konfransı təşkil edəcəyik. Həmin tədbirdə həm media, həm də biznes tərəfdaşlarımızı ictimaiyyətə təqdim edəcəyik. Bununla da festival öz işinə başlayacaq. Dekabr ayının ortalarında festivalın açılış mərasimini nəzərdə tutmuşuq. Hazırda bizim əlimizdə əvvəlki festivaldan 70-ə yaxın hazır material var. İlk festivalda ekran əsərlərini təqdim edən müəlliflər və qaliblər üçün yenidən fürsət yaratmaq istəyirik. Təbliğat üçün video-çarxlar hazırlanacaq. Bizi maraqlı bir açılış mərasimi gözləyir. Ola bilər ki, hər hansı bir filmi də bu tədbirdə nümayiş etdirək. Bir daha qeyd edim ki, nümayiş üçün film kolleksiyamız zəngindir. Hesab edirəm ki, biz uğurlu nəticəyə nail olacağıq. Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped