Ölkə çempionatında növbəti oyunlar keçirilib
Olimpizm xəbərləri
04.12.2023, 00:18
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. “Murov Az Terminal” Yüksək Liqanın debütantı “Xarı Bülbül Laçın” komandası ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. Komandaların hərəsi iki set qazandığından qalib tay-brekdə müəyyən olunub. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” görüşün qalibi olub.
GİN-in Voleybol Mərkəzində təşkil olunan növbəti görüşdə “Neftçi” və “Xarı Bülbül Şuşa” klubları üz-üzə gəlib.
Ölkəmizi avrokubokda təmsil etmiş “Xarı Bülbül Şuşa” çempionatdakı ilk qarşılaşmasına yaxşı başlayıb və birinci seti 25:21 hesabı ilə aktivinə yazıb. Gərgin keçən ikinci hissədə isə “Neftçi” 27:25 hesabı ilə üstün olub. Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri də qalib başa vurub - 25:15, 25:18. Beləliklə, “Xarı Bülbül Şuşa” 3:1 hesablı qələbə ilə həm də çempionatda ilk xallarını qazanıb.
Qeyd edək ki, turnir cədvəlinə 8 xalla “Azərreyl” başçılıq edir. “Murov Az Terminal” 5 xalla ikinci, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül Laçın” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. 3 xalı olan “Xarı Bülbül Şuşa” 5-ci, keçirdiyi bütün oyunlarda məğlub olan MOİK isə sonuncu pillədə qərarlaşıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası