Azərbaycan çempionatı: yarımfinalçıların adlarına aydınlıq gəldi

Azərbaycan çempionatı: yarımfinalçıların adlarına aydınlıq gəldi

Kişi boksçular arasında keçirilən Azərbaycan çempionatında yarımfinalşıların adlarına aydınlıq gəlib. 41 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 4-cü günündə 24 döyüş keçirilib. 6 çəki dərəcəsi üzrə təşkil olunan qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmamızın aparıcı boksçularından Ruslan Qədirov, Malik Həsənov, Tayfur Əliyev və Nəbi İsgəndərov da final üçün döyüşmək hüququ qazanıblar.
Qeyd edək ki, ölkə çempionatına dekabrın 8-də yekun vurulacaq.