18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununu keçirib. Komandamız Gürcüstanın Telavi şəhərində təşkil olunan yarışda Latviya voleybolçuları ilə üz-üzə gəlib. Təəssüf ki, komandamız bu oyunda da meydanı məğlubiyyətlə başa vurublar - 0:3 (19:25, 14:25, 17:25). Xatırladaq ki, komandamız əvvəlki oyunlarda Polşa və Ukraynaya komandaların da eyni hesabla məğub olmuşdu.
Voleybol millimiz bu dəfə Latviyaya uduzdu
![Voleybol millimiz bu dəfə Latviyaya uduzdu](https://www.olimpnews.az/uploads/img/posts/2023/12/07/EEVZAjpg-1701945742.jpg)