MOK İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı elan edir
Olimpizm xəbərləri
25.12.2023, 12:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək məqsədilə ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.
Festival müxtəlif idman və ekstrimal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və müəlliflər arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinemotoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyır.
Festivala dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya proqramları, reklam və promo videoçarxlar təqdim edilə bilər.
Festivalda iştirak etmək istəyən müəlliflər və təşkilatlar müəllif hüququları onlara aid olan filmləri, proqramları, reklam və promo videoçarxları festivalın təşkilat komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim etməli və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə [email protected] elektron poçt ünvanına göndərilməlidir. Festivala materiallar 31 yanvar 2024-cü il tarixinədək qəbul olunur.
Təqdim edilən materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festivalın təntənəli bağlanış mərasimi mart ayında keçiriləcək. Qaliblərə mükafat və diplom, bütün iştirakçılara diplomlar təqdim olunacaq.
Festival haqqında http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/ sayt və sosial media hesablarından daha ətraflı məlumat əldə etmək olar.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının tərəfdaşı “Cüdo Klub 2012” İctimai Birliyi, informasiya tərəfdaşları isə AZTV, İdman TV, CBC Sport, ARB, Space, МИР və İTV televiziya kanalları, “Trend”, “milli.az”, “day.az”, “azernews.az”, “idmanvəbiz”, “turkicworld”, “olympic.az”, “olimpnews.az” portalları, “Olimpiya dünyası” qəzeti və “Sportsman” jurnalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Afinada ikili uğur: Zülfüqar Süleymanov dünya çempionu oldu, həm də “Ən güclü idmançı” nominasiyasında qaliblər sırasında yer aldı
Bugün, 13:53 Ağırlıqqaldırma
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
26.09.2026, 18:25 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
26.09.2026, 16:39 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
26.09.2026, 16:21 Gündəm
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
25.09.2026, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
25.09.2026, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
25.09.2026, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
25.09.2026, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
25.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
25.09.2026, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
25.09.2026, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
25.09.2026, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
25.09.2026, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
25.09.2026, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
25.09.2026, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
25.09.2026, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
25.09.2026, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol