Azərbaycanda növbədənkənar prezident seçkilərində Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (ATF) vitse-prezidenti Zemfira Meftaxetdinova da Yasamal rayonunda yerləşən 17 saylı seçki dairəsinə gələrək öz namizədinə səs verib.
Z.Meftaxetdinova deyib: “Bu, tarixi gündür. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk prezident seçkiləridir. Vətəndaş olaraq biz də ailəliklə səsvermədə iştirak etməyi özümüzə borc bildik. Qalib xalqın qalib lideri olmalıdır. Seçkilərin necə şəffaf keçirilməsinin bir daha şahidi olduq. Hər kəsə uğurlar arzulayıram”.