Bu gün futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Qitənin ikinci ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ” komandası da Bakıda Portuqaliyanın “Baraqa” klubu ilə cavab oyununa çıxacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək örüş saat 21:45-də start götürəcək. Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Qurban Qurbanovun komandası Portuqaliyada keçirilən ilk oyunda rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. “Qarabağ” bu oyunda üstünlüyünü qoruyacağı təqdirdə ilk dəfə olaraq 1/8 finala vəsiqə qazanacaq.