Gənc güləşçilərimiz Qazaxıstana yollanıblar 

Gənc güləşçilərimiz Qazaxıstana yollanıblar 

Azərbaycanın gənclərdən (U-20) ibarət yunan-Roma güləşi üzrə milli komandamız Qazaxıstana yollanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.

Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.

Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13-də Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.