Poqba 4 il yaşıl meydanlarda görünməyəcək

Poqba 4 il yaşıl meydanlarda görünməyəcək

"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib. Bu barədə italiyalı jurnalist Nikolo Şkira xəbər verib. Qeyd edilir ki, ötən il sentyabrın 11-də Poqbanın "Udineze" ilə İtaliya çempionatının ilk tur matçından (3:0) sonra testosteron testi müsbət çıxıb. Nəticədə futbolçu müvəqqəti olaraq çıxış etməkdən uzaqlaşdırılıb. Lakin oktyabrın 6-da təkrar dopinq-test də Poqba bu ittihamdan qaça bilməyib.