Sürətlə nadir ölümcül infeksiya yayılır

Sürətlə nadir ölümcül infeksiya yayılır

Yaponiyada sürətlə nadir bakterial infeksiya yayılır.

"Olimpnews.az" "oxu.az"a istinadən xəbər verir ki, həkimlər infeksiyaların rekord sürətlə yayılmasından narahat olduqlarını bildirirlər.

Söhbət 30%-ə qədər ölüm göstəricisi olan streptokok toksik şok sindromundan (STSS) gedir.

Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.

Qeyd olunur ki, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulmuş 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib.