"Bu gün Azərbaycan futbolunun ən önəmli günlərindən biridir".
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat-Seçki Konfransındakı çıxışı zamanı deyib.
O, Azərbaycan futbolunun inkişaf etdiyini bildirib:
"Bu, illik yox, son 16 ilin hesabatına bənzəyir. İldən-ilə futbolumuz inkişafdadır. Bu günə haradan gəlib çıxdığımızı unutmamalıyıq. Hazırda Azərbaycanda möhkəm infrastruktur var. Futbolda da artıq öz sözünü demiş ölkəyik. Son illərdə "Qarabağ" komandası ölkəmizi Avropada layiqincə təmsil etməyi bacardı. İnanıram ki, futbolumuz daha da inkişaf edəcək”
Qeyd edək ki, Konfransda AFFA-nın yeni rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.