Kişilər arasında ACF turunun birinci yarışı keçirib

Kişilər arasında ACF turunun birinci yarışı keçirib

Aprelin 2-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri keçirilib. 

ACF-in mətbuat xidmətindən verilən məlumata görə, "Sərhədçi" İdman Mərkəzində keçirilən yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 100-ə yaxın cüdoçu 7 çəki dərəcəsində mübarizə aparıb. 

Yarışın keçirilməsində məqsəd kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.