Avropa birinciliyi: Boksçumuz 1/4 finala vəsiqə qazandı

Avropa birinciliyi: Boksçumuz 1/4 finala vəsiqə qazandı

Azərbaycan boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb. 51 kq çəkidə mübarizə aparan yığma komandamızın üzvü Cemi Kollinsdən (İrlandiya) güclü olub. 

O, ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibi diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.

Boksçu növbəti döyüşünü aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.

Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) uduzub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.