Bu gün Afinada Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli alovlanacaq

Bu gün Afinada Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli alovlanacaq

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli Afinada - Qədim Olimpiyanın arxeoloji sahəsində ənənəvi mərasimlə alovlandırılacaq. Tədbirdə Yunanıstan Prezidenti Katerina Sakellaropoulou, BOK prezidenti Tomas Bax, Yunanıstan MOK-nun rəhbəri Spiros Kapralos və digər rəsmilərin iştirakı nəzərdə tutulub.

Məşəldəki atəş qədim Yunan Hera məbədinin qurbangahında baş kahin - yunan aktrisası Meri Mina tərəfindən günəş şüalarından parabolik güzgüdən istifadə edilməklə yandırılacaq. Daha sonra bir qrup keşişin müasir elementlərin tətbiqi ilə qədim ənənələrə əsaslanan ayinlərini yerinə yetirməsi ilə teatrlaşdırılmış tamaşa olacaq. Tamaşa qədim Olimpiya Oyunlarının bir çox idman yarışlarının keçirildiyi qədim stadionda baş tutacaq. Bundan sonra Yunanıstanda 11 günlük Olimpiya məşəlinin estafeti başlayacaq.

Yunanıstanın Milli Olimpiya Komitəsi elan edib ki, Yunanıstanda Olimpiya məşəlinin ilk məşəlçisi avarçəkmə üzrə Tokio Olimpiya Oyunlarının çempionu Stefanos Douskos, ikincisi fransalı üzgüçü, 2004-cü ildə 400 m məsafəyə sərbəst üsulla üzmə üzrə üçqat Olimpiya çempionu olacaq. Dünya çempionu Laure Manodou və Avropa həyat tərzinin qorunması üzrə Avropa Komissiyasının sədr müavini Margaritis Schinas da həmin siyahıda yer alacaq.

Proqrama əsasən məşəli Yunanıstanda 600 nəfər aparacaq. Məşəl ölkənin 13 bölgəsini, 7 adasını, 43 şəhərini, 41 bələdiyyəsini, 5 icmasını, iki Olimpiya muzeyini (Afina və Saloniki) və 10 arxeoloji ərazini ziyarət edəcək. Olimpiya məşəli Yunanıstan ərazisi boyunca 5202 km və dənizləri boyunca 563 dəniz mili (təxminən 1043 km) qət edəcək.

Bu gün Afinada Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli alovlanacaq Bu gün Afinada Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli alovlanacaq