Yüksək Liqa: "Azərreyl" çempion oldu 

Yüksək Liqa: "Azərreyl" çempion oldu 

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının final oyunu keçirilib. Bakı İdman Sarayında keçirilən həlledici görüşdə "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gəlib. 
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda "Azərreyl" voleybolçuları qələbə qazanıblar. Yekunda rəqibinə 3:2 hesabı ilə qalib gələn "Azərreyl" qızıl medala layiq görülüb. "Murov Az Terminal" gümüş medala sahib çıxıb.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-i məğlub edərək (3:0) bürünc medala layiq görülüb.