Premyer Liqa: "Qarabağ" "Neftçi"ni böyükhesabla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni böyükhesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha bir oyunu keçirilib. Günün sonuncu oyunu "Qarabağ" və "Neftçi" komandaları arasında olub. Turun mərkəzi oyunu Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə yadda qalıb. FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşma “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Köhlən atlar”ın heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib. "Qarabağ"ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade,85-ci dəqiqədə isə Abdullah Zubir vurub. "Neftçi"nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Çempionluğu əvvəlki turlarda təmin edən "Qarabağ"ın aktivində 76 xalı var. "Neftçi" isə 50 xalla 3-cüdür.