""Bavariya" Pepin ürəyindədir. Lakin…"

""Bavariya" Pepin ürəyindədir. Lakin…"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Bavariya"ya keçmək niyyətində deyil". Bu sözləri  ispaniyalı mütəxəssisin təmsilçisi mətbuata verdiyi açıqlamada bildirib.

""Bavariya" Pepin ürəyindədir. Lakin o, bu yay "Mançester Siti"dən ayrılmaq istəmir. O, hazırki işindən böyük zövq alır. 2025-ci ilə qədər onu yerindən tərpətmək olmaz", -deyə Sky Sportun jurnalisti Florian Plettenberq öz sosial şəbəkə hesabında paylaşım edib. Bildirilir ki, Pepin özü də Münhen barədə düşünmür.