Bu gün futbol UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək. Gecənin maraqla gözlənilən yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın Madrid "Real"ı və Alamaniyanın "Bavariya" klubu üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.
Xatırladaq ki, Münhendəki "Alyans Arena"da keçirilən ilk matçda qalib müəyyənləşməmişdi -2:2.
Bu duelin qalibi qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasının rəqibi olacaq.