Murad Məmmədov: “Paris Olimpiadasında əsas hədəfim qızıl medaldır”

Murad Məmmədov: “Paris Olimpiadasında əsas hədəfim qızıl medaldır”

“Yarışa çox yaxşı hazırlaşmışdım. Bunun üçün də Paris-2024-ə lisenziya qazanacağıma inanırdım”.

Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yunan-Roma güləşçimiz Murad Məmmədov deyib.

Avropa çempionumuz Paris Olimpiadasında ona olan ümidləri doğrultmağa çalışacağını bildirib. “Həlledici görüşdə hesabda geri düşməyimə baxmayaraq özümə inanırdım. Belə də oldu. Sonda rəqibimə 8:2 hesabı ilə qalib gəldim. Artıq yaş ötdükcə təcrübəm də artır. Paris Olimpiadasında əsas hədəfim qızıl medaldır”, - deyə Murad Məmmədov bildirib.

Qeyd edək ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda rumıniyalı Razvan Arnauta qalib gələrək Paris-2024-ə lisenziya əldə edib.