Həndbol millimiz yarımfinalda məğlub oldu 

Həndbol millimiz yarımfinalda məğlub oldu 

Qadınlardan ibarət həndbol millimiz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti oyununu keçirib. 

Yığma komandamız yarımfinalda "Özbəkistan TJ" komandası ilə üz-üzə gəlib.

Oyun rəqib komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 29:28.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki hər üç oyunu qələbə ilə başa vurmuşdu.