Paris-2024-ə lisenziya qazanan olimpiyaçılarımızla bağlı tədbir keçirilib
Olimpizm xəbərləri
15.07.2024, 21:40
İyulun 15-də "Sea Breeze"də yerləşən "Costa Coffee" məkanında Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Olimpiya yığmasının məğrur tərəfdaşı VISA-nın dəstəyi ilə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək olimpiyaçılarımızın yolasalma mərasimi və əyləncəli tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, VISA-nın Azərbaycan üzrə baş direktoru Nurlan Hacıyev, Olimpiya çempionları, Paris-2024 Yay Oyunlarına lisenziya qazanan idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Parisə yollanacaq idmançılara uğurlar arzulayıb. Qeyd edib ki, lisenziya qazanan atletlərimiz onlara bəslənilən ümidləri doğruldacaq, bayrağımızı fəxri kürsüdə qürurla dalğalandıracaqlar. "Biz Parisə böyük komanda ilə yola düşürük. Olimpidaya 48 nəfər idmançı ilə yollanırıq. Sevindirici haldır ki, ilk dəfə olaraq Azərbaycan komanda idman növündə də təmsil olunacaq. İnanıram ki, Paris Olimpiadasında qazanılan medallarımızın sayı əvvəlki illərdən fərqlənəcək. Düşünürəm ki, atletlərimiz Vətənə ən azı 9-10 medalla dönəcəklər", - deyə Çingiz Hüseynzadə bildirib. Nurlan Hacıyev çıxışında idmançılarımızın Paris-2024-ə qədər böyük bir yol keçdiyini qeyd edib: "Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının böyük arzusudur. Əziz idmançılarımız, siz bu arzuya çatmısınız. Məlumat üçün bildirim ki, VİSA şirkəti 1986-ci ildən etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Bu əməkdaşdaşlıq 2032-ci ilə qədər davam edəcək. Biz 2023-cü ildən Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşıyıq. İnanıram ki, idmançılarımız üçrəngli bayrağımızı Parisdə dədalğalandıracaqlar. Biz sizə inanırıq". Tədbirdə Azərbaycan Dövlət Reklam Agentliyi, "Paşa Holdinq"in tərkibində "Paşa Malls" şirkəti, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif yerlərində yayımlanan, idmançılarımızı bütün ölkəyə tanıdan videoçarx nümayiş etdirilib. Tədbirdə VISA şirkəti tərəfindən idmançılara hədiyyələr verilib. Mərasim rəsmi hissədən sonra əyləncəli proqramla davam edib. İyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks