Parisdəki “Azərbaycan Olimpiya Evi”ndə çoxsaylı tədbirlər keçirilir
BOK
09.08.2024, 10:56
Fransanın paytaxtı Paris şəhəri tarixdə üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edir (1900, 1924, 2024).
Bir əsr sonra yenidən Parisdə təşkil olunan Olimpiya Oyunları Azərbaycan idmançıları üçün əlamətdar hadisələrlə yadda qalır.
Paris-2024-də təkcə idmançılarımızın çıxışı deyil, ölkəmizin mədəniyyətinin, tarixi adət-ənənələrinin nümayiş olunması, digər Milli Olimpiya Komitələri ilə əlaqələrin genişlənməsi də əsas prioritet məsələlərdən biridir.
Olimpiya Oyunlarının keçirildiyi günlərdə Parisdə ölkəmizin Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində fəaliyyətə başlayan “Azərbaycan Olimpiya Evi”nin əsas məqsədi də bu amala xidmət edir.
Olimpiya Oyunlarının keçirildiyi günlərdə belə bir məkanın fəaliyyətə başlaması Azərbaycanın idman ictimaiyyəti üçün xüsusi bir hadisə idi.
Belə ki, XXXIII Yay Olimpiya Oyunlarının keçirildiyi günlərdə “Azərbaycan Olimpiya Evi”ndə tariximiz, mədəniyyətimiz, musiqimiz, milli mətbəximiz təbliğ və təşviq edilir, həmçinin Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı, idmançılarımızın əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumatlar verilir.
Bu məkanda həmçinin idmançılarımızın Paris-2024-də əldə etdiyi tarixi qələbələr də qeyd olunur, onlarla görüşlər təşkil edilir. Burada Azərbaycanı sevən hər kəs olimpiyaçılarımızın uğurlarını izləyir, eləcə də onlara azarkeşlik edənlər sevimli idmançıları ilə görüş əldə etmək fürsəti qazanırlar.
“Azərbaycan Olimpiya Evi”ndə Milli Olimpiya Komitələrinin nümayəndələri, beynəlxalq idman federasiyalarının rəhbərləri və idmançılarla yaddaqalan görüşlər keçirilib. Bu görüşlərdə Gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, MOK-un baş katibi Azər Əliyev,Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycanın Fransadakı Səfiri Leyla Abdullayeva, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç və bir çox başqa rəsmi qonaqlar, eyni zamanda Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev də iştirak ediblər.
“Azərbaycan Olimpiya Evi”ndə beynəlxalq taekvondo ailəsi ilə də görüş olub. Tədbirdə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou və müxtəlif ölkələrin taekvondo federasiyalarının rəhbərləri iştirak ediblər. Qonaqlar burada Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva ilə görüşüblər.
Parisdəki “Azərbaycan Olimpiya Evi”nin bağçasında yer alan Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlini də görmək sevindiricidir. Bir müddət əvvəl həmin heykəl vandallar tərəfindən zorakılığa məruz qalsa da, bu heykəl Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi sayəsində yenidən bərpa edilib. İndi buraya gələn hər bir insan Xurşidbanu Natəvan haqqında məlumat alır.
Şübhəsiz ki, Olimpiya Oyunları müəyyən bir vaxtdan sonra yekunlaşacaq. Lakin “Azərbaycan Olimpiya Evi” nümayəndə heyətinin və idmançılarımızın daim xatırlayacağı bir yer kimi yadda qalacaq. Çünki “Azərbaycan Olimpiya Evi” ölkəmizin idmançılarının Olimpiya Oyunlarındakı möhtəşəm qələbələrinə və çoxsaylı görüşlərə şahidlik edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
Bugün, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
Bugün, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
Bugün, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Bugün, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
09.09.2026, 17:49 MOK
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol