UEFA Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunu mükafatlandıracaq.
Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu Çempionlar Liqasında bütün zamanların ən sərrast oyunçusu üçün hazırlanmış xüsusi hədiyyəyə layiq görülüb.
Təcrübəli forvarda mükafatı avqustun 29-da qitənin 1 nömrəli klub turnirinin 2024/2025-ci illər mövsümünün əsas - liqa mərhələsinin püşkatma mərasimində UEFA prezidenti Aleksander Çeferin təqdim edəcək. Tədbir Monako şəhərində təşkil olunacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu Çempionlar Liqasında meydana çıxdığı 183 oyunda 140 qol vurub. O, 7 fərqli mövsümdə (2007/08, 2012/13, 2013/14, 2014/15*, 2015/16, 2016/17, 2017/18) turnirin bombardiri olub.