Sentyabr 14-15-də gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində təşkil olunacaq yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Gənclər və İdman Nazirliyi və AAF-ın birgə təşkil etdiyi çempionatın məqsədi ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.