“Judo Club 2012”nin idman xronikası
BOK
04.11.2024, 12:23
Paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012" builki uğur estafetini layiqincə davam etdirir.
"Judo Club 2012"dən verilən məlumata görə, bu günlərdə klubun karateçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən karate-do üzrə dünya çempionatından uğurla qayıdıblar. Azərbaycan Karate do Federasiyasının prezidenti Arif Məmmədovun rəhbərliyi altında çempionatda iştirak edən millimiz şəxsi yarışlarında 7 qızıl, 8 gümüş və 6 bürünc medal qazanaraq 44 ölkə arasında 5-ci yeri tutub.
31-ci dəfə təşkil olunan turnirdə milli komandamızın heyətində “Judo Club 2012”nin 6 idmançısı çempionatda iştirak edib ki, onlardan da dördü çıxışını medalla başa vurub. Klubun karate bölməsi üzrə məşqçisi Namiq Pirverdiyevin tələbələrindən Eldar Bağırov (12-13 yaş, 53 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Rəsul Abbasov (18-21 yaş, 70 kq) gümüş, Cavad Cəfərov (10-11 yaş, 34 kq) isə bürünc medala sahib çıxıb. Qarışıq komanda yarışlarında isə klubun üzvü Səbinə Fərzəli gümüş medal qazanıb.
***
Oktyabrın 30-31-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qadınlar və kişilər 14 çəki dərəcəsində mübarizə aparıblar. Paytaxtın 33 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 212 cüdoçunun qüvvəsini sınadığı yarışda “Judo Club 2012” klubunun idmançıları da uğurla çıxış edərək fəxri kürsüdə yer alıblar. Klubun üzvləri yarışı 2 qızıl, 3 gümüş və 6 bürünc medalla başa vurublar.
Qızıl medallara Şəlalə Səlimzadə (-70 kq) və Mehdi Cəfərov (-73 kq) layiq görülüb. Mələkxanım Məmmədova (-48 kq), Leyla Əliyeva (-52 kq) və Şamil Qasanov (-100 kq) gümüş medala sahib çıxıblar. Bürünc medalları isə klubun aktivinə Aliyə İsmayılzadə (-48 kq), Xumar Qasımzadə (-52 kq), Emilya Mirzəyeva (-63 kq), Mətanət Məmmədova (-70 kq), VidadƏliyev (-100 kq) və Əli Mahmudov (+100 kq) yazdırıb. Yarışı 11 medalla başa vuran “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 29-30 noyabr – 1 dekabrda keçiriləcək qadınlar və kişilər arasında cüdo üzrə ölkə çempionatına seçim xarakteri daşıyıb.
***
Noyabrın 1-də U-18 yeniyetmə qızlar arasında keçirilən cüdo üzrə ACF Kubokunun ikinci turunda "Judo Club 2012"nin idmançıları 2 gümüş və 1 bürünc medal qazanıblar. Klubun üzlərindən Nərmin Xəlilzadə (-52 kq) və Aysu Quliyeva (+70 kq) gümüş, Mətanət Məmmədova (-70 kq) isə bürünc medala sahib çıxıb. Qeyd edək ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə 8 çəki dərəcəsində 48 klub, cəmiyyət və idman təşkilatından olan 176 cüdoçu qüvvəsini sınayıb. Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli komandanın tərkibinə daxil ediləcək. Xatırladaq ki, bu yaxınlarda Avropa və dünya çempionatlarının mükafatçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib. Ölkəmizdə cüdonun inkişafına layiqli töhfəsini verən “Judo Club 2012”də qızlar üçün cüdo dərsləri təmənnasız olaraq keçirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
07.10.2026, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
07.10.2026, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
07.10.2026, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
07.10.2026, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası